azia.az
azia.az

Kiyevin strateji obyektləri raketlərlə vurulur, digər şəhərlərdə partlayışlar baş verib

24-02-2022, 08:58


“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”.
Kiyevin strateji obyektləri raketlərlə vurulur, digər şəhərlərdə partlayışlar baş verib
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.

"Report"un Şərqi Avropa bürosunun Kiyevdən verdiyi məlumata görə, şəhərin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.

Partlayışlar Dnepr çayının sol sahili, Poznyaki və Troeşin rayonları, Borispol qəsəbəsində də baş verib. Yerli sakinlərin bildirdiyinə görə, Xarkov və Mariupola Rusiya ilə sərhəddən qrad atılır.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər. "The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi