azia.az
azia.az

Dəhşətli MÜHARİBƏ, Kiyev BOMBALANIR

24-02-2022, 09:22

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayıb".
Dəhşətli MÜHARİBƏ, Kiyev BOMBALANIR
Xəbər verilir ki, bunu "Reuters"ə NATO-nun adı açıqlanmayan nümayəndəsi bildirib.

***

Kiyevdəki Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir.

Novoye-vremya.com xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib.

UNİAN agentliyinin məlumatına görə, saat 05:00-dan sonra (Bakı vaxtı ilə 07:00) partlayış səsləri Kiyevdən başqa, Ukraynanın bir sıra digər şəhərlərində də eşidilib.

“Kramatorskda azı dörd, Odessa, Xarkov, Berdyanskda da güclü partlayış oldu", - məlumatda deyilir.

"Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır", - bunu jurnalist Andrey Tsaplienko "Telegram" kanalında yazıb.

Kiyevdə yaşayan CNN müxbirləri canlı efirdə silsilə partlayışlar eşitdiklərini bildiriblər. Telekanalın Kiyev müxbiri Metyu Şans deyib:

"Biz bir sıra partlayış səsləri eşitdik. Ola bilsin, yeddi və ya səkkiz".

Öz növbəsində Xarkovda olan Klarissa Uord deyib:

“Bir neçə dəqiqə əvvəl biz güclü partlayış səsləri eşitdik”. Canlı yayım zamanı müxbirlərin çıxışı fonunda bir dənə də olsun partlayış səsi eşidilməyib.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters -ə məlumat verirlər. Artilleriya tüfənglərindən atılan atəşə bənzəyən səslərin ilk xəbərləri Kiyev vaxtı ilə saat 05:00 (Bakı vaxtı ilə 07:00) radələrində gəlməyə başlayıb.

Şəhərin qərb hissəsindəki partlayışların səsi barədə Kiyevdə yaşayan britaniyalı jurnalist Maks Hander də BBC-yə məlumat verib.



AFP xəbər verir ki, Mariupolda partlayış səsləri eşidilir .

***

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib.

Novoye-vremya.com xəbər verir ki, Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.

Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.

Vladimir Putin həmçinin əlavə edib ki, Rusiya planetin ən güclü nüvə dövlətlərindən biri olaraq qalır, ona görə də heç bir potensial təcavüzkar onun tamamilə məğlub olacağına şübhə etməməlidir:

“Hərbi sahəyə gəlincə, müasir Rusiya SSRİ-nin dağılmasından və nüvə potensialının əhəmiyyətli bir hissəsini itirdikdən sonra belə, bu gün ən güclü nüvə dövlətlərindən biridir. Üstəlik, o, bir sıra ən son silah növlərində müəyyən üstünlüklərə malikdir. Bu baxımdan, Rusiyaya birbaşa hücumun potensial təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə səbəb olacağına heç kim şübhə etməməlidir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi