Günəş sistemində güclü partlayış baş verdi
Günəşdə güclü X sinifli partlayış qeydə alınıb. Bu barədə Rusiyanın Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında məlumat yer alıb. Məlumata əsasən, partlayış oktyabrın 29-da təxminən saat 19:17-də başlayıb və 31 dəqiqə davam edib. Mütəxəssislər bildirir ki, iki gün ərzində Günəşdə 28 zəif, orta və güclü partlayış baş verib.