Putin xalqa müraciət edir
Putin xalqa müraciət edir
“Lenin və onun tərəfdaşları Rusiyadan əraziləri qopararaq müasir Ukraynanı yaradıblar”. Bunu Vladimir Putin xalqa müraciəti zamanı deyib.
O, müasir Ukraynanın bütünlüklə kommunist Rusiyası tərəfindən yaradıldığını vurğulayıb.
Putin, həmçinin Donbasda vəziyyətin kritik olduğunu qeyd edib.
***
22:18
Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Söhbət zamanı Putin deyib ki, o, “DXR” və “LXR”in müstəqilliyinin tanınması haqqında fərman imzalamağa hazırlaşır.
Qeyd edək ki, daha əvvəl TASS xəbər vermişdi ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiyanı bu addımı etməməyə çağırıb.