Putin və Makron arasında vacib müzakirə
Fransan prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Suriyanın şimal-şərqində atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulaylıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Yelisey Sarayının bəyanatında deyilir.Bəyanatda bildirilir: "Ötən gün Soçidə prezident Putin və prezident Ərdoğan arasında danışıqlar əsasən Suriyanın şimal-şərqindəki vəziyyətə cəmlənmişdir. Respublika prezidenti hazırda olan atəşkəs rejiminin uzadılmasının və böhrandan diplomatik vasitələrlə çıxış yolunun axtarılmasının vacibliyini vurğulayıb".Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.