Yaponiyanın xarici işlər naziri Fumio Kişida Koreya Respublikası Prezidenti Mun Ce-inin xüsusi nümayəndəsi Mun Hi San ilə görüşüb. Görüşün iştirakçıları iki ölkə arasında gələcəyə istiqamətlənən münasibətlərin qurulması barədə razılığa gəliblər.
Mun Hi San əvvəllər Cənubi Koreya parlamentinin vitse-spikeri vəzifəsini tutub və Cənubi Koreya-Yaponiya parlamentlərarası dostluq liqasının sədri olub. O, Yaponiya üzrə ekspert sayılmaqla bərabər, həm də yapon siyasətçiləri ilə geniş əlaqələrə malikdir.
Fumio Kişida və Mun Hi San, həmçinin təsdiq ediblər ki, iki ölkə ABŞ ilə birlikdə Şimali Koreyanın raket və nüvə sınaqları ilə bağlı problemlərə birlikdə reaksiya verəcəklər.
azərtac