azia.az
azia.az

Bayden Almaniya kansleri ilə Ukraynanı müzakirə edəcək

26-01-2022, 23:20

Bayden Almaniya kansleri ilə Ukraynanı müzakirə edəcək
Almaniya kansleri Olaf Şolts fevralın 7-də Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Bild” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüş Ağ Evdə keçiriləcək. "Bild” yazır ki, tərəflər Rusiyanın Ukraynaya ehtimal edilən təcavüzünə reaksiyanı müzakirə edəcəklər.

Almaniya hökumətinin sözçüsü səfərin təfərrüatlarını şərh etməkdən imtina edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi