azia.az
azia.az

Çin bankları dünyanın ən dəyərli bank brendləri olub

1-02-2022, 19:20

Çin bankları dünyanın ən dəyərli bank brendləri olub
“Çin Sənaye və Ticarət Bankı” (Industrial and Commercial Bank of China) 75,1 milyard dollar marka dəyəri ilə dünyanın ən dəyərli bank brendi olub.

“Margin.az” xəbər verir ki, bu barədə beynəlxalq marka qiymətləndirmə təşkilatı “Brand Finance”ın "Banking 500" hesabatında qeyd olunub.

Hesabata görə, ilk beş dəyərli bank brendindən dördü Çinin bankları olub.

Çinin büdcə gəlirləri 20,25 trln. dollara çatıb
Çin Xalq Bankı faiz dərəcələrini endirib
Belə ki, siyahıda 2-ci yerdə “Çin İnşaat Bankı” (65,5 milyard dollar), 3-cü yerdə “Çin Kənd Təsərrüfatı Bankı” (62 milyard dollar), 4-cü yerdə “Çin Bankı” (49,6 milyard dollar), 5-ci yerdə “Amerika Bankı” (36,7 milyard dollar) qərarlaşıb.

Əlavə edək ki, ilk “500 bank”ın ümumi brend dəyəri 1,38 trilyon dollar təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi