azia.az
azia.az

Husilər Abu-Dabiyə ballistik raket atıb

31-01-2022, 08:25


Yəməndəki husi qiyamçıları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabiyə ballistik raket atıb.
Husilər Abu-Dabiyə ballistik raket atıb
“Report” xəbər verir ki, bunu BƏƏ-nin Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, BƏƏ silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi raketi göydə zərərsizləşdirib. Onun qalıqları isə boş əraziyə düşüb.

Husilər isə BƏƏ-yə qarşı genişmiqyaslı hərbi əməliyyatın təfərrüatını açıqlayacağını bildiriblər.

Qeyd edək ki, hazırda İsrail Prezidenti İshak Hersoq BƏƏ-də rəsmi səfərdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi