azia.az
azia.az

Ermənilər hücuma çalışdı - raket atıldı FOTOLAR

28-04-2017, 15:14

Ermənilər hücuma çalışdı - raket atıldı FOTOLAR

“OSA” zenit raket kompleksindən atəş açıldı

Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

Ermənilər hücuma çalışdı - raket atıldı FOTOLAR
Ermənilər hücuma çalışdı - raket atıldı FOTOLAR
Ermənilər hücuma çalışdı - raket atıldı FOTOLAR
Ermənilər hücuma çalışdı - raket atıldı FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi