Paşinyan Soçidə sülh vəd edir, Araik əski parçasıyla İrəvana gəlir
26 noyabr tarixində Ermənistanın müdafiə naziri Suren Papikyan və separatçı Arayik Arutyunyan Azərbaycanla təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Azia.az bildirir ki, News.am bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Məlumata görə, Arutyunyan Papikyanı vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona ölkə üçün bu çətin dövrdə uğurlar arzulayıb. Tərəflər təmas xəttindəki vəziyyəti, Rusiya sülhməramlılarının missiyasının gedişini və Qarabağda yenidənqurma işlərini müzakirə ediblər.
Suren Papikyan noyabrın 15-də bu vəzifədə Arşak Karapetyanı əvəz edərək Müdafiə Nazirliyinə rəhbər təyin edilib.
Ermənistan baş naziri Nikol Paşinyanın dünən Soçidə keçirilən üçtərəfli görüşdə sülh vəd etməsi və elə həmin gün Arutyunyanın İrəvanda "dövlət rəhbəri" kimi qəbul edilməsi kifayət qədər ziddiyətli məqamdır./Yenisabah.az