azia.az
azia.az

Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik ELAN ETDİ – ŞOK GƏLİŞMƏ

7-11-2021, 10:59

Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik ELAN ETDİ – ŞOK GƏLİŞMƏ
Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Harutyunyan bu gün “sərəncam” imzalayıb. Turkustan.az xəbər verir ki, həmin “sərəncam”a əsasən səfərbərlik elan olunub.
Belə ki, yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər “möhlət hüququ” almış şəxslər “həqiqi hərbi xidmətə” çağrılacaq. Proses fevralın sonuna kimi davam edəcək.

Qeyd edək ki, Qarabağdakı erməni separatçıları hər vəchlə qondarma “müdafiə ordusu”nun “var” olduğunu nümayiş etdirmək istəyirlər.

Maraqlıdır ki, Azərbaycan tərəfi ermənilərin bu özbaşınalığına heç bir reaksiya vermirlər. Halbuki 10 noyabr bəyanatında Qarabağdakı Ermənistan ordusunun bütün bölmələrinin ərazidən çıxarılması və oradakı qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi bəndi mövcuddur və tələb kimi qoyulub.

Lakin buna baxmayaraq, separatçılar yenə də hərbi qüvvə saxlayır, “ordu” düzəldir və bu tələbi yerinə yetirməkdən imtina edir. /busaat.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi