Ərdoğan – Bayden görüşü ilə bağlı 6 milyard dollarlıq İDDİA: Qarabağla bağlı mühüm MÜZAKİRƏ – Türk lider TƏLƏB EDƏCƏK Kİ…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada amerikalı həmkarı Co Baydenlə görüş zamanı 6 milyard dollar dəyərində olan silah satışını da gündəmə gətirəcək.
KAİM.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Bildirilir ki, bu F-16 təyyarələrinin satışı ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Ərdoğan Baydendən ABŞ-ın F-16 təyyarələrinin satışına icazə verməsini tələb edəcək. İddialara görə, S-400 müdafiə sistemlərinə görə, ABŞ Türkiyəyə sərt sanksiyalar tətbiq etməyi planlaşdırır. Ərdoğan isə bu müqavilə sayəsində sanksiyaların qarşısını almaq niyyətindədir. Bildirilir ki, Türkiyə 40 ədəd F-16 təyyarəsinin alışı və istifadəsində olan təyyarələrin modernləşdirilməsi üçün ABŞ-a rəsmi müraciət edib.
Qeyd edək ki, görüş zamanı regional məsələlərlə yanaşı Qarabağdakı vəziyyət də müzakirə ediləcək. //mətbuat.az