azia.az
azia.az

Azərbaycan və Xorvatiya prezidentləri geniş tərkibdə görüşdü

24-10-2016, 11:01

Azərbaycan və Xorvatiya prezidentləri geniş tərkibdə görüşdü
Azərbaycan və Xorvatiya dövlət başçılarının geniş tərkibdə görüşü baş tutub

PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

***

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

azia.az-ın AzərTAc-a istinadən məlumatına görə, qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Hər iki dövlət başçısı rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi