Ukrayna təyyarəsini xəzərlər satın alıb – Şok iddia
Əfqanıstanda qaçırıldığı iddia edilən Ukrayna təyyarəsi varlı əfqan iş adamları tərəfindən pul, qızıl və qiymətli daşlarla satın alınıb.
Azia.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” saytı mənbələrə istinadən məlumat yayıb.
Sayt yazır ki, yerli iş adamları ailələri ilə birlikdə Ukraynaya məxsus təyyarə ilə İrana gediblər:
“Oğurluq olmayıb, sadəcə Ukrayna hərbi təyyarəsi satın alındı. Aviasiya dairələrindəki mənbələr bu məlumatı təsdiqləyir və təyyarədə İrana gediş haqqını valyuta, qızıl və qiymətli daşlarla ödəyən zəngin şiə xəzərlərin olduğunu söyləyirlər”, - deyə qeyd olunur.
Qeyd edək ki, bir müddət öncə Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin ukraynalıları Əfqanıstandan çıxarmalı olan təyyarənin naməlum şəxslər tərəfindən ələ keçirildiyini və digər sərnişinlərin İrana aparıldığını bildirmişdi.
Daha sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko təyyarənin qaçırılması ilə bağlı məlumatı təkzib edərək, bütün təyyarələrin təhlükəsiz şəkildə ölkəyə qayıtdıqlarını söyləmişdi.