"Dünyanın ən güclü uşağı"nın 12 il sonra fotoları yayıldı - Tamamilə dəyişilib / FOTOLAR
5 yaşında “dünyanın ən güclü uşağı” adı ilə Ginnesin Rekordlar kitabına düşən rumıniyalı Culiano Stroe yenidən diqqət mərkəzinə düşüb.
Azia.az xəbər verir ki, 12 il sonra fotosu yayılan Culiano hələ də idmanla məşğul olur. Fotoda Culianonun idman zalında olduğu əks olunub.
Qeyd edək ki, Culiano 5 yaşında ayaqlarının arasına ağırlıq topu qoyaraq əlləri ilə yerimək üzrə dünya rekordu qırmışdı.