71 yaşlı kişi qaçış üzrə "dünya rekordu" vurub
"Metro" qəzeti yazır ki, ABŞ-ın Iowa ştatından 71 yaşlı Gary örtülü zalda 1 mil (1, 6 kilometr) məsafəyə qaçışda dünya rekordu vurub.
Bundan əvvəl 70-74 yaşlılar kateqoriyasında qaçış rekordu son 30 ildə dəyişməz olaraq qalırdı.
Gary bu məsafəni 5 dəqiqə 32 saniyəyə qaçıb.
Metro yazır ki, Gary bundan əvvəl qaçış üzrə bir çox başqa rekordlar da vurub, lakin o bəxtini örtülü zalda da sınamağı qərara alıb.
Gary Runners World jurnalına deyib ki, o, qaçışla hər üç gündən bir məşğul olur və bundan başqa idman təmrinlərini də yerinə yetirir.
"Mən hər səhər 30-40 dəqiqə idman edirəm" -rekordçu deyib.
"Metro" bir az da zarafata salır: "Bəlkə bərk qaçmağın sirri elə az-az qaçmaqdadır?" (BBC).