Deputat çayın sahilində ölü tapıldı
Deputat çayın sahilində ölü tapıldı
Rusiya Federasiyası Kommunist Partiyasından deputat olmuş Daxili İşlər Nazirliyinin veteranı Sverdlovsk vilayətində ölü tapılıb.
Aramil şəhərindən olan deputatı Valeri Blinovun meyiti Proletarskaya küçəsində, Sisert çayının yaxınlığında tapılıb.
Fakt araşdırılır, lakin ilkin məlumatlara görə, kişinin ölümü cinayət xarakterli deyil.
Eyni zamanda, Blinovun başından aldığı mümkün zərbədən sonra küçədə donaraq ölməsi də istisna olunmur.
Vəfat edən Kommunist partiyasından olan deputat 18 il hüquq-mühafizə sistemində çalışıb, Daxili İşlər Nazirliyinin təqaüddə olan veteranı olub.