Türkiyə parlamentində portağallı etiraz - VİDEO
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində büdcə müzakirəsində Cümhuriyyət Xalq Partiyasının millət vəkili Burak Erbay tribunaya əlində bir qutu portağal ilə çıxıb və çıxışının sonunda portağalları kürsünün üzərinə töküb.
Deputat bu davranışı ilə portağal istehsalçılarının çətin vəziyyətdə olduğuna diqqət çəkmək istəyib.
Portağal istehsalçısı bir ailənin övladı olduğunu vurğulayan millət vəkili deyib.
"Mən bu portağallar sayəsində təhsil aldım. İstehsalçılar çətin vəziyyətdədirlər. Kəndlilər gübrə, dərman ala bilmirlər. Mersində limon istehsalçıları ağacları kəsirlər. İndi sıra sitrus meyvələri istehsal edənlərdədi. Əgər Rusiya ilə danışıqlar aparıb sərhədlər açılmazsa, sitrus ağacları da kəsilməli olacaq”, - deyə o bildirib.(qafqazinfo)