İHA-ların gizlədildiyi silah anbarı bombalandı - Toqquşmalar şiddətlənib
Yəməndə toqquşmalar yenidən şiddətlənib. Metbuat.az xəbər verir ki, koalisiya qüvvələri Husi üsyançılarının Sanadakı mövqelərinə hücum edib.
Məlumata görə, hücum zamanı üsyançıların pilotsuz uçuş aparatlarının saxlanıldığı və təmir edildiyi 4 gizli silah anbarı bombalanıb. Həmçinin ballistik raketlərin saxlanıldığı iki mağara yerlə bir edilib. Üsyançılar hücumların baş verdiyini açıqlasa da, fəsadlara dair məlumat yoxdur.