Sən kimsən, Zaxarova? - Ermənilər QƏZƏBLƏNDİLƏR / Səbəb Rusiyanın...
Ermənistan Respublikası ərazisində akkreditə olunmuş və fəaliyyət göstərən media orqanına səfirin geri çağırılması xəbərinin saxta olması barədə ultimatum təqdim edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı ermənilər təhqir ediblər.
Metbuat.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində Zaxarovanı kəskin tənqid edən ermənilər ona "Zaxarova kimdir ki, erməni media orqanlarını təhqir etsin", " Sonra deyəcəklər ki, Soros Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir” və s kimi fikirlər yazaraq bir növ qəzəb fırtınası yaşayıblar.
Qeyd edək Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Hraparak”ın xəbərlərindən birini təkzib edərək, onları “alçaldılmış” adlandırıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Söhbət Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin Ermənistandan geri çağırılmasından gedir.