Moskvanın şok Qarabağ planı: Zaxarova açıqladı
Moskva ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa səfərlərinin bərpasını vacib sayır.
Alp.az xəbər verir ki, bu haqda açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib.
“Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa genişmiqyaslı səfərləri praktikasının tezliklə bərpasını vacib sayır. “Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu Qarabağ tam formatlı səfərləri praktikasını mümkün qədər tez bərpa etmək vacibdir”, – deyə Zaxarova bildirib