azia.az
azia.az

Zaxarova Ərdoğanın təklifi barədə: "Bakı ilə İrəvan arasında..."

2-09-2021, 19:43

Zaxarova Ərdoğanın təklifi barədə: "Bakı ilə İrəvan arasında..."
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “Altılıq platforması” Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcək”.

Azia.az “Report”a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiya XİN nümayəndəsi Qarabağ məsələsinin Moskvanın diqqət mərkəzində olduğunu vurğulayıb.

“Əsas səylərimiz razılaşmaların həyata keçirilməsinə yönəlib, prioritetlər arasında humanitar vəzifələrin həlli, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi var. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında və yeni regional reallıqları adekvat nəzərə almaqla işinin intensivləşdirilməsini dəstəkləyirik”, - o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi