Ermənistan "ölüb", ağlayanı yoxdur: 70 yaşlı pilotlar ÜSYAN ETDİ - Biz ölürük, çünki...
"Biz əlil pilotlarıq, dövlətdən sonuncu məbləğdə kompensasiyanı 2006-cı ildə almışıq və o vaxtdan 15 ildir ki, qar-yağış altında kompensasiya almaq üçün mübarizə aparsaq da, hələ də məsələ həllini tapmayıb"
Metbuat.az xəbər verir ki, bu sözlər bu gün Ermənistanda keçirilən növbəti aksiya zamanı şikayətçilər tərəfindən səslənib. Aksiyanın iştirakçısı, pilot Qaqik Mirzoyan bir müddət əvvəl hökumətin əsas binası qarşısında başlayan etiraz aksiyası zamanı deyib ki, dünyanın elə bir ölkəsi yoxdur ki, pilot əlilliyi ilə təqaüdə çıxıb, lakin təzminat almasın, təzminat verməyən yeganə ölkə Ermənistandır.
"Pilotlarımızın ümumi orta yaşı 78-dir. Üç ildən sonra burada heç bir canlı pilot qalmayacaq hamısı öləcəklər. İdmançılara ev verirlər amma biz o bayrağı hər yerdə qaldırıb ölənlərə kömək yoxdur". Aksiya iştirakçılarından Razmik Qasparyan adlı şikayətçi isə düşünür ki, bundan sonra Ermənistanda gənc pilotlar nəsli yetişməyəcək.
"Məgər bu rəhbərlik başa düşmür ki, bizə qarşı bu münasibətdən sonra gələcək nəsil bu sahəyə doğru getməyəcək? Səbəb də odur ki, biz onları bu yoldan çəkindirəcəyik. Deyəcəyik ki, onlar boş yerə xəsarət alacaqlar. Biz onların əlil olmasına imkan verməyəcəyik" deyə Qasparyan əlavə edib.