Qardaş Türkiyənin SENSASİON PLANI: 40-dan çox F-16 gəlir
Danimarka sifariş verdiyi F-35-ləri istifadəyə verməzdən əvvəl sahib olduğu 43 ədəd F-16 AM/BM təyyarəsindən 24-nü satmağı planlaşdırır.
Bu barədə “Kopenhagen Post” məlumat yayıb.
Məlumata görə, Danimarka sifariş verdiyi 27 ədəd F-35 təyyarəsinin hamısını 2027-ci ilə qədər təhvil alacaq. Danimarkanın satacağı F-16-ların hələ on il də istismar müddəti var və hər birinin 15 milyon dollar dəyərində olacağı gözlənilir.
Danimarkanın potensial müştərisinin Türkiyə olduğu bildirilir. Lakin bu məsələdə də son qərarı ABŞ verəcək./Axar.az