Əxlaqsızlıq yuvası açdı, qızları sosial şəbəkədən tapdı - 20 il həbs gözləyir
İrkutsk vilayətində intim imperiya yaradan şəxs 10 mln. rubl (137 min dollar) rüşvət müqabilində həbsxanadan qurtulmağa çalışıb. 34 yaşlı Aleksey Vlasov adlı şəxs uzun müddət idi ki, xaricdə gizlənirdi. Ələ keçdikdə isə polisləri ələ almağa çalışıb.
Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, bu şəxsin altı il əvvəl ilk əxlaqsızlıq yuvası açdığı, sosial şəbəkələrdən qızları topladığı bəlli olub. Onun biznesini 2 il bundan qabaq üzə çıxarıblar. Bundan qorxuya düşərək Tailanda qaçıb. Bir il ərzində onun cinayətkar şəbəkəsinin 22 üzvünü ələ keçiriblər. Özünü isə keçən il Batumidə ələ keçiriblər. Oradan da onu İrkutska ekstradisiya ediblər. Burada bir neçə maddə, o cümlədən cinayətkar şəbəkə qurmaq üzrə iş qaldırıblar. İndi onu 20 illik həbs gözləyir.
Anar Əli