10 yaşlı qızları boğub təcavüz edən manyak həbs olundu - Dəhşətli qətlin təfərrüatı - VİDEO
Rusiyanın məşhur Kemerova vilayətində yaşananlar tək burada deyil, ətraf yerlərdə də insanlara şok yaşadıb. Vilayətin qəsəbələrindən birində 10 yaşlıları oğurlayıb zorlayıb, sonra da boğub öldürən manyakla bağlı təfərrüatlar bəlli olub.
Azia.az rus mediasına istinadən xəbər verir ki, rəzilliyi törədən 41 yaşlı Viktor Pesternikov adlı şəxsdir. Həbs olunan şəxsin bundan əvvəl də seksual xarakterli cinayətlər törətdiyi bəlli olub. Kameralarda da görünür ki, manyak aldatdığı qızları mağazaya apararaq onlara qazlı işkilər alır, sonra da qarajlar tərəfə aparır.
Qızların axtarışına vilayətin bütün şəxsi heyəti cəlb edilib. Bir neçə gündən sonra həmin şəxs həbs olunub. Bu dəfə də qurbanlarını mağazaya aparmağa cəhd göstərib. Ələ keçən zaman isə bildirib ki, uşaqlara sadəcə tum almaq istəyib. Az keçməmiş etiraf edib ki, onları zorlamaq istəyib. Bu onun birinci cinayəti deyil. Bundan əvvəl azyaşlılar üzərində seksual əməllərinə görə barəsində 10 il həbs cəzası çıxarılıb. 2019-cu ildə azad edilib. Baş verən insidenti şərh edən jurnalist Vladimir Solovyov onun barəsində ölüm hökmü çıxarılmasını tələb edib.