Bakıda bir qadın 4 qadını fahişəliyə cəlb etdi – Təfərrüat
Bakının Nizami rayonunda həmcinslərini fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.
azia.az xəbər verir ki, akı şəhər sakini İlahə Heydərova paytaxtın Nizami rayonunda əxlaqsızlıq yuvası təşkil edib.
Ayrı-ayrı qadınları həmin əxlaqsızlıq yuvasında kişi müştərilərlə görüşdürüb və gəlir əldə edib.
İstintaq orqanı tərəfindən İlahə Heydərovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
İlahə Heydərovanın cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İlahə Heydərovanın cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Şəlalə Həsənovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 30-na təyin edilib.