ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar
ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinin (FDA) mütəxəssisləri "Pfizer/BioNTech" vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiq etməyə çağırıblar.
Azia.az Trend-ə istinadən bildirir ki, qərarı komissiyanın 17 üzvü dəstəkləyib. Yaxın vaxtlarda ekspertlərin tövsiyəsi FDA rəsmiləri tərəfindən nəzərdən keçiriləcək və müraciətlə bağlı yekun qərarı veriləcək.
Bundan əvvəl, "Pfizer/BioNTech" vaksini 12-15 yaş arası uşaqların peyvənd edilməsi üçün oxşar sertifikatlaşmadan keçmiş, 16 yaş və daha yuxarı olanlarda istifadə üçün təsdiq edilmişdir.