Rusiya daha bir vaksini qeydiyyata aldı
Rusiya koronavirusa qarşı yaradılan dördüncü vaksini qeydiyyata alıb. Bu barədə məlumat Rusiya Səhiyyə Nazirliyinin dərman qeydiyyatı sistemində yer alıb.
Bildirilib ki, bu, Vektor Tədqiqat Mərkəzinin hazırladığı “EpiVakKorona-N” adlı vaksindir.
Peyvənd 18-60 yaşlı şəxslərə tətbiq olunacaq, hamiləlik dönəmində olan qadınlara isə tövsiyə edilməyəcək.
Bildirilib ki, vaksin xroniki xəstəliyi olanlarda risklər yarada bilər.