Məlumat sızdıran prokurorluq əməkdaşı həbs edildi
Almaniyanın Berlin şəhərinin prokurorluğunda baş verən hadisə ölkəni silkələyib.
Xəbərə görə, prokurorluqda çalışan kompüter mühəndisinin məxfi xəbərləri maska əleyhdarlarına ötürdüyü məlum olub.
İstintaq müəyyən edib ki, o vacib məlumatları Berlinin məşhur aşpazlarından birinə ötürüb. Həmin şəxs maska əleyhdarı kimi tanınıb və karantin tədbirləri əleyhinə etirazlar təşkil edib. Kompüter operatorunun sayəsində o, barəsində axtarış elan edilməsindən xəbərdar olaraq ölkəni tərk edib.
Polis məlumat ötürən şəxsi həbs edib. Bu hadisədən sonra prokurorluq orqanlarına məxfi sənədlərin mühafizəsini ciddiləşdirmək tapşırılıb. Lent.az