Bakıda restoranda atışma: 3 nəfər həbs edildi
Daxili İşlər Nazirliyi Bakıda restoranda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə atəş açaraq xəsarət yetirmiş şəxslər müəyyən edilib. Paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən “Revolver” tipli tapança və 5 ədəd patron götürülüb.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.