Bu ölkədə fahişəlik qadağan ediləcək
İspaniyanın Baş naziri Pedro Sançes ölkədə fahişəliyi qadağan edəcəyini və bunu cinayət sayacağını bəyan edib.
Valensiya şəhərində üç gün davam edən Sosialist Partiyasının qurultayında tərəfdarları qarşısında çıxış edən P. Sançes fahişəliyin qadınları əsarət altına aldığını söyləyib.
Qeyd edək ki, İspaniyada fahişəliklə məşğul olmaq 1995-ci ildən etibarən cinayət hesab edilmir.
Səbəb kimi bu sahədə çalışan insanların və onların xidmət göstərdikləri şəxslərin tibbi təhlükəsizliyini yaxşılaşdırmaq əsas götürülüb.
Rəsmi məlumata əsasən, hazırda İspaniyada təxminən 300 min qadın leqal olaraq fahişəliklə məşğul olur./Oxu.az