azia.az
azia.az

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif yol qəzasında öldü

4-10-2021, 09:02

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif yol qəzasında öldü
Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif Lars Vilks və onun mühafizəçisi - iki polis əməkdaşı - bazar günü İsveçin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb.



Azia.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.



Bildirilib ki, L.Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb.



Yük maşını sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat verilmir.



Xatırladaq ki, müəllifin peyğəmbələ bağlı çəkdiyi karikaturalar 2007 -ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub. Pravda.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi