azia.az
azia.az

Polis avtomobili ağır qəza törətdi: ölən var

28-02-2016, 14:27

Polis avtomobili ağır qəza törətdi: ölən var İstanbulda polisin qaçırılmış avtomobili təqib etməsi ağır qəzaya səbəb olub.

Lent.az “Cihan” xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin Kadıköy adlanan hissəsindəki Çeçen məhəlləsində polisin qaçırılmasından şübhələndiyi avtomobili təqib etməsi qəza ilə nəticələnib. Belə ki, gecə saat 05 radələrində polis şübhəli maşını saxlamağa cəhd göstərib. Lakin sürücü buna əhəmiyyət vermədən sürətlə uzaqlaşmağa başlayıb. Bir qədər davam edən təqibdn sonra polis avtomobili ilə oğurlanmış maşın qarşı-qarşıya gəlib və toqquşub.
Nəticədə avtomobili qaçıran şəxs hadisə yerində ölüb, 2 polis isə yaralanıb.
İlkin araşdırma zamanı avtomobilin bir qadına məxsus olduğu və həqiqətən qaçırıldığı məlum olub.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi