azia.az
azia.az

İsveçin paytaxtında partlayış oldu

21-03-2016, 12:45

İsveçin paytaxtında partlayış oldu İsveçin paytaxtı Stokholm şəhəri yaxınlığında yaşayış binasında yerləşən ofisdə partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd olunur ki, partlayış zamanı ofisdə heç kim olmayıb. Partlayışdan sonra əmələ gələn yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Şahidlərin sözlərinə görə, partlayışdan dərhal sonra bir neçə nəfər hadisə yerini qaçaraq tərk edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi