azia.az
azia.az

Tacikistan KTMT-nin təlimlərinə qatılmaqdan imtina etdi – Təşkilatda nə baş verir?

8-09-2021, 14:49

Tacikistan KTMT-nin təlimlərinə qatılmaqdan imtina etdi – Təşkilatda nə baş verir?
Tacikistan sentyabrın 7-dən Qırğızıstanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirak etməyəcək.

Azia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın müdafiə nazirinin müavini Nurlan Kireşeev məlumat verib. O Tacikistanın təlimlərdə niyə iştirak etmədiyini açıqlamayıb. Eyni zamanda Qırğızıstan ordusunun gələn ay Tacikistanda keçirilməsi planlaşdırılan təlimlərə qatılmayacağını vurğulayıb.

Qeyd edək ki, daha öncə Qırğızıstanın Müdafiə Nazirliyi Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentinin, həmçinin KTMT-nin “Rubej-2021” birgə taktiki təlimlərində iştirak edəcəyini açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi