Armen Badalyan: "Rusiya Ermənistanın KTMT ilə oyunlarını yaxşı başa düşür"
“Stanislav Zas Ermənistan hakimiyyətinə açıq-aşkar eyham vurub ki, KTMT ilə heç bir oyun nəticə verməyəcək”.
Bu fikirləri siyasi araşdırmaçı Armen Badalyan bildirib. O deyib ki, bununla da KTMT-nin əsas aparıcı dövləti Rusiya sözügedən hərbi təşkilatı aldatmaq üçün Ermənistanın Azərbaycanla hansı oyunu oynadığını çox yaxşı başa düşdüyünü başqa şəxsin dilində ifadə edib.
Onun fikrincə, “KTMT baş katibi erməni hakimiyyət orqanlarına başa salıb ki, onlar əksər hallarda yanlışlıq edərək KTMT-yə üz tutur. Ermənistanda döyüşə hazır generallar ordu sıralarından uzaqlaşdırılır, ya da nüfuzdan salınır, ölkənin müdafiə quruluşuna zərər vuran digər hallar baş verir. KTMT rəhbərliyi bunu görməzlikdən gələ bilməz. Zas başa salıb ki, Ermənistan Qara göl uğrunda mübarizədən imtina etməlidir”.