“Arutyunyanın səhvi nəticəsində bütün diviziya məhv edildi” – 5-ci kanalın DÖYÜŞ KADRLARI
“Separatçı dəstənin o vaxtkı komandiri Cəlal Arutyunyanın səhv əmri səbəbindən ermənilərin bütün bir artilleriya diviziyası məhv edildi”.
Azia.az 5-ci kanalın hazırladığı reportaja istinadən xəbər verir ki, divizayının onlarla hərbi qulluqçunun cəsədi hələ də tapılmayıb.
Həmin reportajda vurğulanır ki, bütün bu günahlar diviziyanın qərargah rəisi, mayor Qevorgyanın üzərinə atılır. Video-şərhdə bildirilir ki, Yəqin bu səbəbdəndir ki, müharibədən sonra Cəlal Arutyunyan ağzına su alıb oturub və Paşinyanın cinayət əmrləri ilə bağlı susur”.