azia.az
azia.az

Türkiyə ordusu İNANILMAZ GÜC əldə etdi: Qüvvələr balansı dəyişdi

3-09-2021, 18:38

Türkiyə ordusu İNANILMAZ GÜC əldə etdi: Qüvvələr balansı dəyişdi
Türkiyəli mütəxəssislər ordunun istifadəsinə verilən Akıncı TİHA-ları ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.

Azia.az xəbər verir ki, açıqlamalara görə, Türkiyə belə yüksək imkanlara sahib pilotsuz uçuş aparatı əldə edən 3-cü ölkə olub. Bildirilir ki, Türkiyənin əməliyyat keçirmək üçün təyyarələrini Liviya, Suriya və İraqa göndərməyə ehtiyac olmayacaq. Akıncı TİHA-ları asanlıqla bu bölgələrdə əməliyyat keçirə bilərlər. Akıncı TİHA F-16 qırıcılarının yerinə yetirə bildiyi bütün tapşırıqları icra edə biləcək. Yunan mediasının məlumatına görə, Türkiyə Akıncı TİH-ları vasitəsilə Yunanıstanın hava qüvvələri üzərində böyük üstünlük əldə edib.
Akıncı TİHA hətta sualtı hədəfləri də vura biləcək. Qeyd edək ki, Akıncı TİHA 12 kilometr yüksəkdən uça, 24 saat havada qala və 1,5 ton ağırlığında faydalı yük daşıya bilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi