azia.az
azia.az

Aparıcı efirdə təcavüzkardan elə bir şey xahiş etdi ki...

2-09-2021, 09:20


Canlı yayımda rəzalət - aparıcı efirdə təcavüzkardan elə bir şey xahiş etdi ki...

Fildişi Sahilində efirə gedən Nouvelle Chaine Ivorienne (NCI) kanalında proqramını təqdim edən aparıcı Yves de Mbella təcavüzlər haqqında "məlumatlılığı artırmaq" üçün təcavüz şübhəlisini efirə çağırıb.

Xəbər verilir ki, aparıcı qonağa əvvəlcə "qurbanların məcburi cinsi əlaqədən zövq alıb-almadığı" soruşub. O da cavabında "əksəriyyətin bundan zövq aldığını" iddia edib. Bundan sonra aparıcı ona studiyaya gətirdiyi maneken üzərində təcavüz əməlini reallaşdırmağı istəyib. Bu zaman da tamaşaçıların sərt reaksiyası ilə qarşılaşıb.

Proqrama reaksiya verən 37 mindən çox insan Mbellanın cəzalandırılması üçün imza toplayarkən, kanal rəhbərliyi proqramın yayımlandığı üçün üzr istəyib və sentyabrın 3-nə planlaşdırılan son bölümü ləğv etdiyini bildirib. Aparıcı facebook-da etdiyi şərhdə də üzr istəyib və "məlumatlandırmağa çalışarkən hər kəsi şoka saldığım üçün səmimi olaraq üzr istəyirəm. Səhv etdim" deyib.

Kamran Seyidov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi