Bayden Əfqanıstanda həlak olan 13 ABŞ əsgərinin cənazələrini qarşıladı
ABŞ prezidenti Co Bayden Əfqanıstanın paytaxtı Kabildə İŞİD-in törətdiyi terror aktı nəticəsində ölən 13 ABŞ əsgərinin cənazəsini qarşılayıb.
26 avqust cümə axşamı günü Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanı yaxınlığında terror təşkilatı İŞİD -in Xorasan qolu tərəfindən həyata keçirilən bombalı hücumlar nəticəsində 13 -ü ABŞ əsgəri olmaqla 170 nəfər həlak olmuşdu.
Bayden, terror aktı nəticəsində həyatını itirən 13 ABŞ əsgərinin cənazələrini qarşılamaq üçün Delaverdəki Dover Hava Qüvvələri Bazasına gəlib.
Baydenlə yanaşı birinci xanım Jill Bayden, Müdafiə naziri Lloyd Austin, Baş Qərargah rəisi General Mark Milley və Dövlət Katibi Antoni Blinken də qarşılama mərasimində iştirak edib.