azia.az
azia.az

Co Bayden və Məsud Bərzani İŞİD-ə qarşı mübarizəni müzakirə ediblər

30-11-2016, 09:48

Co Bayden və Məsud Bərzani İŞİD-ə qarşı mübarizəni müzakirə ediblər
ABŞ vitse-prezidenti Co Bayden və İraq Kürdüstanı müxtariyyətinin lideri Məsud Bərzani arasında baş tutmuş telefon danığı zamanı İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi kampaniya müzakirə edilib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Liderlər İraqın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirərək, İraqda bütün hərbi əməliyyatların rəsmi Bağdadın icazəsi ilə həyata keçirilməsinin vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Bayden İŞİD-lə mübarizədə kürd silahlı dəstələrin uğurlu əməliyyatlarını qeyd edib və Şimali İraqda terrorçular üzərində qələbə üçün bu əməliyyatların rəsmi Bağdadla əlaqələndirilməsinin vacibliyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi