İŞİD İraqı qana çalxadı: 70 ölü, 100-dən çox yaralı
Terrorçular partlayıcı bağlanmış motosikletləri bazarda partladıblar
İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.
İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.
Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.
Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.