TƏCİLİ! ABŞ Əfqanıstanı bombaladı! - SON DƏQİQƏ
ABŞ ordusu Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə aviazərbələr endirib. APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Pilotsuz uçuş aparatı vasitəsilə endirilən zərbələr zamanı İŞİD terror qruplaşması silahlısı məhv edilib.
“ABŞ Silahlı Qüvvələri İŞİD terrorçusuna qarşı üfüqdən antiterror əməliyyatı həyata keçirdi. Pilotsuz uçuş aparatı ilə Nanqarhar əyalətinə hava zərbəsi endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib... Mülki şəxslər arasında itkilər yoxdur”, - deyə məlumatda bildirilir.
Hava zərbəsi 26 avqust tarixində Kabil hava limanı yaxınlığında 13 Amerika hərbçisinin ölümünə səbəb olan hücumdan sonra həyata keçirilib. Pentaqon əməliyyatın terror hücumu ilə əlaqəli olub-olmadığı barədə açıqlama verməyib.