azia.az
azia.az

Dərbənddəki hücumu İŞİD törədibmiş

15-05-2016, 13:10

Dərbənddəki hücumu İŞİD törədibmiş İŞİD terror qruplaşmasının silahlıları Dağıstanın Dərbənd şəhərində polis əməkdaşlarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Terror qruplaşması ilə əlaqəli olan informasiya resursları Dərbənddə polislə toqquşmalarda İŞİD silahlılarının iştirak etdiyini bildiriblər. İŞİD-in yaydığı bəyanatda toqquşmalarda 3 polis əməkdaşının öldürüldüyü, silahlılar arasında isə itkilərin olmadığı vurğulanır.

Qeyd edək ki, ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi