ABŞ ordusu Mosula hava zərbələri endirib – 15 mülki sakin ölüb
Koalisiyanın hərbi təyyarələri sakinlərə benzin daşıyan avtomobillərə hücum ediblər
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus təyyarələrin İraqın şərqindəki Mosul şəhərinə endirdikləri hava zərbələri nəticəsində 15 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Mosul yaxınlığındakı səhra hospitalının cərrahiyyə şöbəsinin rəhbəri Əhməd Rəid əl-Həmdani bildirib ki, koalisiyanın bir neçə təyyarəsi 10 benzindaşıyan maşın karvanına hücüm edib. Hansılar ki, yanacağı yerli sakinlərə aparırdılar.
Hava zərbələri nəticəsində bütün yük avtomobilləri yandırılıb. Nəticədə avtomobillərin yanında olan 15 yerli sakin həlak olub.
Əl-Həmdani qeyd edib ki, bombardman edilmiş bütün sisternlər mülki sakinlər üçün nəzərdə tutulmuşdu. Bunların beynəlxalq koalisiyanın hərbi əməliyyat keçirdiyi İŞİD terror qruplaşmasının təchizatı ilə bağlı heç bire əlaqəsi yox idi.