Çavuşoğlu və Qüreyşi arasında Əfqanıstan müzakirəsi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və pakistanlı həmkarı Şah Mahmud Qüreyşi arasında telefon danışığı olub.
Azia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
Bundan başqa, M.Çavuşoğlu Əfqanıstandan qayıtmaq istəyən Türkiyə vətəndaşlarına verdiyi dəstəyə görə Pakistana təşəkkür edib.