Taliban qızlara məktəbə getməyə icazə verəcəkmi?
![]()
Əfqan qadınlarının oxumaq və işləmək hüququnu ilahiyyatçılar şurası həll edəcək.
Azia.az xəbər verir ki, bu barədə Taliban nümayəndəsi Vahidulla Haşimi deyib.
“İlahiyyatçılarımız qızların məktəbə gedib-getməməsinə qərar verəcək”, - deyə o bildirib.
Haşimi həmçinin ilahiyyatçılar şurasının qadınların geyim forması ilə də bağlı vahid razılığa gələcəyini əlavə edib.