Bu, Qərb siyasəti üçün utancvericidir - Almaniya
Kabil hava limanındakı çarəsizlik görüntüləri Qərb siyasəti üçün utancvericidir.
Azia.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank Valter Ştaynmayer deyib.
“Əfqanıstan hökumətinin sürətli çöküşü və Talibanın müqavimət göstərmədən ölkəni ələ keçirməsi gələcəkdə uzunmüddətli təsirlər buraxacaq”, - Ştaynmayer bildirib.